ADA Universitetinin təşəbbüsü və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) iştirakı ilə tələbələr üçün kibertəhlükəsizlik istiqamətində maarifləndirici təlim keçirilib.
Təlim zamanı iştirakçılara rəqəmsal mühitdə təhlükəsizlik davranışları, fərdi məlumatların qorunmasının əhəmiyyəti və bu sahədə mövcud risklər barədə ətraflı məlumat verilib. Xüsusilə sosial mühəndislik hücumlarının mahiyyəti, istifadə olunan üsullar və bu cür hallardan qorunma yolları praktik nümunələrlə izah olunub.
Bununla yanaşı, ölkədə müşahidə olunan aktual kibertəhdidlər, onların mümkün təsirləri, eləcə də rəqəmsal ekspertiza çərçivəsində sübutların toplanılması və təhlili prosesləri iştirakçıların diqqətinə çatdırılıb.
Təlim interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.





