Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı "Rəqəmsal dövrün ailəsi" mövzusu üzrə panel sessiyada iştirak edib
30 iyun tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə #AiləmizƏnGüclüDəyərimiz şüarı altında keçirilən festival çərçivəsində panel sessiyaları baş tutub. Paneldə dövlət qurumlarının nümayəndələri və ekspertlər ailə institutunun möhkəmləndirilməsi, rəqəmsal dövrdə ailə münasibətləri, uşaqların təhlükəsizliyi və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Panel çərçivəsində Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı Fatimə Həbibova "Rəqəmsal dövrün ailəsi" mövzusu üzrə çıxış edib. Rəqəmsal texnologiyaların ailələrin gündəlik həyatına təsirindən, müasir kibertəhlükələrdən, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyindən və təhlükəsiz rəqəmsal davranış qaydalarından bəhs edilib.
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasında valideynlərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Valideynlərin övladlarında kibergigiyena vərdişlərinin formalaşdırılmasına, fərdi məlumatların qorunmasına və təhlükəsiz internet davranışının erkən yaşlardan aşılanmasına xüsusi diqqət yetirmələrinin vacibliyi qeyd olunub.
Kibertəhlükəsizliyin yalnız texniki vasitələrlə deyil, düzgün rəqəmsal davranış mədəniyyəti, davamlı maarifləndirmə ilə təmin olunduğu bildirilib və vətəndaşlara qarşılaşdıqları şübhəli halları aidiyyəti qurumlara bildirməkləri tövsiyə olunub.




