QAYNAR XƏTT 1654

Evrika Liseyinin təşəbbüsü və Elektron Təhlükəsizlik Xidmətinin iştirakı ilə şagirdlər üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib

21 Apr 2026

Evrika Liseyinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) iştirakı ilə şagirdlər üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib.

100 nəfərin iştirak etdiyi tədbirdə şagirdlərə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları izah olunub. Təlim çərçivəsində “Kiberbullinqə qarşı mübarizə”, “Fərdi məlumatların mühafizəsi” və “Onlayn mühitdə təhlükəsizlik” mövzularına toxunulub.

Çıxış zamanı ETX-nin əməkdaşı kiberbullinqin riskləri, fərdi məlumatların qorunmasının əhəmiyyəti və təhlükəsiz internet istifadəsi ilə bağlı praktiki tövsiyələr verib, şagirdlərin suallarını cavablandırıb.

Təlimin məqsədi şagirdlər arasında kibertəhlükəsizlik üzrə maarifləndirməni artırmaq, rəqəmsal savadlılığı gücləndirmək və onlayn risklərdən qorunma bacarıqlarını inkişaf etdirmək olub.