QAYNAR XƏTT 1654

ETX-nin əməkdaşı kibertəhlükəsizliyə dair beynəlxalq təlimdə iştirak edib

17 Oct 2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun müdiri Elman Muradov Sinqapurda keçirilən “Daha təhlükəsiz rəqəmsal dünya üçün inteqrasiya olunmuş kibertəhlükəsizlik” mövzusunda beynəlxalq təlimdə iştirak edib.

Müasir kibertəhlükəsizlik trendləri, qabaqlayıcı müdafiə mexanizmləri və risklərin idarə olunması sahəsində bilik və praktiki bacarıqların artırılması məqsədilə təşkil edilən təlimdə kibertəhlükəsizliyin strateji idarə edilməsi, innovativ texnologiyaların tətbiqi, eləcə də qlobal kibertəhdidlərə qarşı koordinasiyalı fəaliyyət kimi mövzular geniş müzakirə olunub.

ETX-nin əməkdaşı proqram çərçivəsində müxtəlif seminar və sessiyalarda iştirak etməklə yanaşı, sahə üzrə beynəlxalq ekspertlər və müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi də aparıb.


Məlumat üçün deyək ki, beş gün davam edən təlim Sinqapur Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub.