
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4 və 5.1.13-cü bəndlərinə əsasən, uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə təlim təşkil olunub.

6 oktyabr 2025-ci il tarixində Radisson Hotel Baku-da keçirilən təlimdə müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislər iştirak edib. Tədbir beynəlxalq ekspert Sophie Kiladzenin iştirakı ilə baş tutub və uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi, eləcə də zərərli məzmunlardan qorunması istiqamətində qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub.

Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) əməkdaşları, Esmira Qasımova və Fatimə Eyyub da iştirak ediblər. Onlar uşaqların onlayn təhlükəsizliyinin təmin olunması və rəqəmsal savadlılığın artırılması ilə bağlı görülən işlər barədə fikir mübadiləsində iştirak ediblər.

Qeyd edək ki, təlimin 7 oktyabr tarixində də davam etməsi planlaşdırılır.
