QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib

04 Dec 2023

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”, “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”, “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun bəzi üzvlərinin və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri arasında görüş keçirilib.

Görüş çərçivəsində ABA-nın icraçı direktoru Yunus Abdulov və ETX-nın rəisi Samir Rəsulov iştirak edib.

Tərəflər arasında aktual kiberdələduzluq trendləri və mübarizə praktikası, ABA iştirakçı bankların kiberdələduzluqla mübarizə üzrə kommunikasiya və məlumat mübadiləsi, bankdaxili təhlükəsizlik strukturlarının (kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə və s.) birgə fəaliyyət planı, ABA ilə ETX arasında kibertəhlükəsizlik sahəsində gələcək əməkdaşlıq imkanları, kiberdələduzluq halları ilə bağlı birgə mübarizə kimi məsələlər müzakirə edilib.