
Müxtəlif mənbələrdən əldə olunan məlumatlara əsasən, Google şirkəti üçün bulud xidmətlərini göstərən Salesforce platformasına kiberhücum edilmiş və nəticədə xeyli sayda istifadəçi məlumatları kənara sızdırılmışdır. Məlumat üçün bildiririk ki, Salesforce və Google arasında strateji əməkdaşlıq mövcuddur və hal-hazırda Google servislərinin 2.5 milyarda yaxın istifadəçisi vardır.
Qeyd olunanları nəzərə alaraq istifadəçilərdən aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur:
Google hesabları üçün mürəkkəb və unikal şifrələrdən istifadə edin;
Hesablarda ikimərhələli təsdiqələməni (2FA) aktivləşdirin;
Naməlum linklərə və e-poçtlara qarşı ehtiyatlı olun;
Hesablarınızda şübhəli aktivlik aşkarladıqda, dərhal xidmət təminatçısına müraciət edin.
