QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Telegram istifadəçilərinə xəbərdarlıq!

03 Sep 2025

Telegram platforması üzərindən yeni dələduzluq halları müşahidə olunmaqdadır. Belə ki, platforma istifadəçilərinə “Hi, şəkilləriniz…” tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır.İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bu üsulla istifadəçilərin Telegram hesabları ələ keçirilir. Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edir.