




Müxtəlif sosial şəbəkələr üzərindən onlayn alış-veriş platforması “Temu”nun adından saxta reklamlar yayılır. Belə ki, dələduzlar iş təklifi adı altında vətəndaşları aldadaraq şübhəli keçidlərə yönləndirirlər. Keçidlərdə qeydiyyat tələb olunur, daha sonra sadə tapşırıqlar icra etdirilir və müəyyən ödənişlər müqabilində yüksək qazanclar vəd edilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, fərdi məlumatlarının təhlükəsizliyini təmin etməyi və hər hansı kampaniya ilə rastlaşdıqda məlumatı yalnız rəsmi mənbədən dəqiqləşdirməyi tövsiyə edir.
