OTP (One-Time Password) — yəni birdəfəlik şifrə, onlayn ödəniş və əməliyyatlar zamanı kart sahibi olduğunuzu təsdiqləmək üçün göndərilən fərdi təhlükəsizlik kodudur.
Bu kod yalnız sizin üçündür və heç bir halda, bank əməkdaşı olduğunu iddia edənlərə, tanımadığınız şəxslərə verilməməlidir.
Unutmayın: OTP kodu kiberdələduzların sonuncu hədəfidir – bu kodu ələ keçirən şəxs kartınızdakı vəsaitləri asanlıqla mənimsəyə bilər.
Hər zaman diqqətli olun və şübhəli hal gördükdə dərhal bankınızla və ya müvafiq qurumlarla əlaqə saxlayın.