QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"MilliÖn" ödəniş platformasının adından vətəndaşların maliyyə vəsaitini əldə etməyə yönəlik dələduzluq fəaliyyətləri həyata keçirilir

17 Feb 2025

İnstagram sosial şəbəkəsində "MilliÖn" ödəniş platformasının adından vətəndaşların maliyyə vəsaitini əldə etməyə yönəlik dələduzluq fəaliyyətləri həyata keçirilir. Belə ki, platforma adından yaradılmış səhifələr vasitəsilə vətəndaşlar "millionloto.online" adlı saxta veb-sayta yönləndirilir. Həmin veb-saytda minimum 100 AZN balans artırıldığı halda 40% bonusun veriləcəyi vəd olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı müvafiq qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.