QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Saxta hesablar vasitəsilə “Facebook” sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir

04 Mar 2025

Saxta hesablar vasitəsilə “Facebook” sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir. Belə ki, vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Mesajlarda Facebook-un icma qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir. Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi mövcuddur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, sosial şəbəkələrdən bu tip mesajlarla rastlaşdıqda, həmin məlumatları platformanın dəstək xidmətindən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını (istifadəçi adı və şifr) qarşı tərəfə ötürməməyi tövsiyə edir.