QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"Kontakt Home" brendinin adına bənzədilərək yaradılan saxta veb sayt -"http://kontakthome-az.online"

10 Jul 2025

Son günlərdə müşahidə olunan yeni fırıldaq sxemi çərçivəsində "Kontakt Home" brendinin adına bənzədilərək yaradılan saxta veb sayt olan "kontakthome-az.online" vasitəsilə vətəndaşların bank kartı məlumatlarının oğurlanması və hesablarındakı vəsaitlərin qanunsuz mənimsənilməsi halları qeydə alınmışdır. Əsas məqsəd İstifadəçiləri kampaniya və endirim təklifləri ilə aldadaraq onların bank kartı məlumatlarını (kart nömrəsi, son istifadə tarixi, CVV kodu) daxil etməyə təşviq etmək və əldə edilmiş məlumatlar vasitəsilə vətəndaşların bank hesablarından vəsaitləri qanunsuz şəkildə çıxarmaq və birbaşa mənimsəməkdir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sayt ünvanlarını diqqətlə yoxlamağı, bank kartı məlumatlarını şübhəli linklər vasitəsilə daxil etməməyi, kartlarda 3D Secure (SMS OTP) funksiyasını aktiv etməyi və məlumatlar paylaşılarsa dərhal bankla əlaqə saxlayaraq kartı bloklamağı tövsiyə edir.