QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Müxtəlif platformalar üzərindən vətəndaşlara fişinq mesajları göndərilir

04 Mar 2025

Müxtəlif platformalar üzərindən vətəndaşlara fişinq mesajları göndərilir. Göndərilən mesajlarda qısa müddət ərzində yüksək miqdarda qazancların əldə olunması təklif edilir. Qeyd edək ki, kiberdələduzlar belə mesajlar vasitəsilə vətəndaşları saxta “Telegram” və “Whatsapp” hesablarına yönləndirərək fərdi məlumatları ələ keçirməyə çalışırlar.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, asan qazanc vədlərinə aldanmamağı, fərdi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edir.