QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Elektron Təhlükəsizlik Xidməti (ETX) “RCS” protokolu vasitəsilə həyata keçirilən fişinq hücumları ilə bağlı xəbərdarlıq edir

11 Mar 2024

 

Elektron Təhlükəsizlik Xidməti (ETX) “RCS” protokolu vasitəsilə həyata keçirilən fişinq hücumları ilə bağlı xəbərdarlıq edir. RCS- mobil cihazlar arasında internet vasitəsi ilə mesajlaşmanı təmin edən protokoldur. Belə ki, kiberdələduzlar protokoldakı boşluqdan yararlanaraq istifadəçilərə rəsmi qurumların adından mesajlar göndərirlər. Göndərilən fişinq mesajlarında adətən poçtdaşıma xidmətlərinin və ya bankların adından istifadə olunur.

Qeyd olunan məsələ ilə əlaqədar Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu kimi hallara qarşı diqqətli olmağı, mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmamağı və qurumların adından göndərilən şübhəli mesajlarla qarşılaşdıqda müvafiq məlumatı qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.