QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Xəbərdarlıq: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta xəbərlər yayılır

16 Dec 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından “WhatsApp”, “Telegram” və sosial şəbəkələrdə həqiqəti əks etdirməyən saxta məlumatlar paylaşılır. Həmin saxta xəbərlərdə guya Nazirlik tərəfindən 16 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qərb rayonlarının ərazisində internetin verilməsi ilə bağlı məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, yayılan bu məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır.

Vətəndaşlardan xahiş olunur ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.