Tədris fəaliyyəti
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AZ-CERT komandası üzvlərinin iştirakı ilə informasiya təhlükəsizliyi üzrə bir sıra xüsusi tədris layihələri həyata keçirilir.
Dövlət təşkilatları, banklar, biznes strukturları və ayrı-ayrı fərdlər, həm aşağıda göstərilən mövzular, həm də informasiya texnologiyaları sahəsinə aid digər mövzular üzrə xüsusi tədris üçün sifariş verə bilərlər:
- Elektron imzanın tətbiqləri

- Elektron imza infrastrukturunun qurulması
- İnformasiya təhlükəsizliyinin əsasları
- İnformasiyanın kriptoqrafik mühafizəsi
Xüsusi tədris layihələri sifarişçi ilə razılaşdırılmış vaxt və dildə (Azərbaycan və Rus) keçirilir. Belə kursların qiyməti razılaşma yolu ilə müəyyən edilir. Kurs 12 nəfərdən çox olmayan qrup üçün keçirilir.
Xüsusi sifarişlər əsasında kurslar üçün Tədris-İnnovasiya Mərkəzinə müraciət etmək tövsiyə olunur.




